F-1.az bildirir ki, Dakar rallisinin beşinci günündən etibarən FİA hibrid maşınların performansını artırmaq üçün bəzi qaydalarda dəyişiklik edib. Bu qaydalardan sonra Audi əlavə 8kW – əlavə 11 at gücü – istifadə edə biləcək.
Nasser Əl-Əttiyah: “Əsas rəqibimizə əlavə 11 at gücü vermək böyük sürpriz oldu. Yarışı erkəndən bitirdikləri üçün onlara təşəkkür edirik”.