F-1.az xatırladır ki, niderlandlı sürücü bu həftəsonu debüt yarışına çıxsa da, sıralanma turunda 8-ci olmuşdu. Yarışda isə tanımadığı bolidlə 9-cu olaraq, karyerasının ilk yarışından xallar qazanıb.
Nik de Vriz: “Pitə qayıdanda qollarımı belə qaldıra bilmirdim. Lakin nəticə yaxşıdır. Mənim üçün əla həftəsonu idi, çünki yarışacağım son sərbəst yürüşdən saat yarım əvvəl məlum olmuşdu. Hər şey birdən oldu. Fürsətdən istifadə etdim və ilk yarışımda yaxşı nəticə qazandığım üçün qürurluyam”.