F-1.az xatırladır ki, niderlandlı sürücü 2019-cu ildə Formula 2 çempionatının qalibi olsa da, Formula1-də özünə yer tapa bilməyib və Formula E-də Mercedes-lə yarışıb. Gənc sürücü iki dəfə Formula1 testlərində Mercedes bolidinin sükanı arxasına keçib.
Gənc sürücü yenidən Formula1-ə qayıdır və o, Williams-la Barselonada birinci sərbəst yürüşlərə çıxacaq. Vriz 45 nömrəli maşınla çıxış edəcək. Qeyd edək ki, 45 nömrəni 2014-cü ilin Belçika yarışında Andre Lotterer istifadə etmişdi.
Onu da qeyd edək ki, 45 nömrə Williams komandasının test sürücüləri üçün standart seçimdir. Keçmişdə Roy Nissani də bu nömrə ilə testlərə çıxıb.