N.de Frizi kimin qovduğu aydın olub

Britaniya mətbuatının verdiyi xəbərə görə Nik de Frizin AlphaTauri-dən ayrılmasına Kristian Horner və Helmut Marko səbəb olub.

F-1.az xatırladır ki, Red Bull komandası bu həftə gözlənilməz qərar ilə Nik de Frizin AlphaTauri ilə olan müqaviləsini ləğv edib. Niderlandlı sürücünü daha əvvəl 8 yarış qazanmış Daniel Rikkardo əvəz edəcək.

Deyilənə görə Daniel Rikkardo 2024-cü ilin Pirelli təkərlərini test etmək üçün çərşənbə günü Silverstouna gəlib. O, Red Bull RB19-un sükanı arxasına keçib. Test başlayandan qısa müddət sonra isə prosesə start verilib.

Rikkardo trasa çıxdıqdan bir saat sonra Kristian Horner Helmut Markoya zəng edib və avstraliyalı sürücünün performansından təsirləndiyini deyib. Bundan qısa müddət sonra isə Marko bu dəfə Hornerə yığaraq, deyib ki, artıq Nik de Friz qovulub.

Belə olan halda, Red Bull şirkəti bunu təcili formada mətbuata bildirib. Komanda bunu əslində həftəsonu etməyi planlaşdırmışdı. Lakin xəbərlərin yayılmasına görə komanda məlumatı mətbuata bildirməli olub.

Rikkardonun tempi haqqında yeni iddialar var. Deyilənə görə Rikkardonun ən yaxşı dövrəsi 1.27.415 olub. Avstraliyalı sürücü bu nəticə ilə Britaniyada sıralanma turunda 8-ci ola bilərdi.

Lakin unutmayaq ki, tras şətaitinə, çəndəki yanacağın miqdarına, mühərriyin gücünə və prototip təkərlərə görə düzgün müqayisə aparmaq çətindir. Yenə də Rikkardonun performansı komanda rəhbərliyini razı sala bilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*