F-1.az xatırladır ki, niderlandlı sürücü keçən ilin İtaliya yarışında Williams komandasında Aleks Elbonu əvəzləmiş və o yarışdan xal qazanmışdı. Bu uğurdan sonra AlphaTauri komandası onu Pyer Qaslinin əvəzinə transfer etmişdi.
Lakin mövsümün ilk 9 yarışı 28 yaşlı pilot üçün heç də arzuolunan səviyyədə keçməyib. O, hələ də xal qazana bilməyib və əksər hallarda komanda yoldaşı Yuki Tsunodadan geridə qalıb. Həyya artıq onun komandadan qovulacağı, yerinə isə ya Daniel Rikkardo ya da Liam Lousonun gətiriləcəyi dedi-qoduları yayılıb.
Nik de Friz: “Məncə, hər şey əlimdən gələnin ən yaxşısını etmək və trasda yaxşı performans göstərməkdən asılıdır. Amma bundna başqa fərqli şey hiss etmirəm. Həmişə əlimdən gələnin ən yaxşısını etməyə və mümkün qədər yaxşı işləməyə çalışıram.
Öz performansımdan tam olaraq razı deyiləm. Davamlı düşünürəm ki, daha yaxşısını etməliyəm. Amma bu, eyni zamanda öyrənmə prosesidir. Deyəsən bəzi şeyləri bir araya gətirməliyəm. Məsələn,Barselonada rəqabətədavamlı olduğumu hiss etmişdim, ancaq birinci sessiyada səkkizinci olmaq üçün iki dəst təkər işlətdim və ikinci sessiyada heç nə edə bilmədim. Yarışda isə pis start aldım.
Dediyim kimi hər şeyi bir araya gətirmək lazımdır. Ümid edirəm ki, yeniliklərlə birlikdə komanda daha da rəqabətədavamlı olar”.
De Frizin işini çətinləşdirən amillərdən biri də Red Bull komandasının idman məsləhətçisi Helmut Markodur. Avstriyalı mütəxəssisi uzun illərdir ki, Red Bull-un gənc sürücülərini yaxından izləyir. Hətta Helmut Marko keçmişdə Xayme Alquersuari, Jan Erik Vern və Daniil Kvyat kimi sürücülərin karyeralarını bitirib. Hətta Aluersuari bir müddətdən sonra yarış karyerasını tamamilə bitirib DJ-liyə başlamışdı.
Nik de Friz: “Hamının üstündə mütləq təzyiq olur. Hamımızın həyatda məsuliyyətləti var. Mənim də. Mənim üzərimdəki təzyiq bir az gərgindir. Ancaq imtahana hazırlaşan uşağın da üstündə bənzər təzyiq olur.
Bu təzyiqdən qaçmaq üçün ailəmlə, dostlarımla təbiətdə vaxt keçirirərm. Son zamanlarda qolf oynamağa çalışıram. Bütün məyusluqlarımı çəmənlərə əks etdirirəm”.