N.de Friz: Mayami trasının bəzi çətin yerləri var

Niderlandlı sürücü geridə qalan Bakı yarışı barədə yekun fikirlərini səsləndiirb və növbəti yarış barədə danışıb.

F-1.az xatırladır ki, Nik uğursuz keçən Azərbaycan Qran Prisindən sonra okeanın o tayında mövsümdəki ilk xallarını qazanmaq arzusundadır.

Nik de Friz: “Bakıda keçirdiyim həftəsonundan sonra edəcəyim ən yaxşı şey dərhal sükan arxasına qayıtmaqdır. Xoşbəxtlikdən, ardıcıl yarışların ikinci mərhələsində edə biləcəyim ən yaxşı şey budur.

Ədalət naminə deməliyəm ki, bir az bəxtim gətirmədi, amma bazar günü yarışda baş verənlər tamamilə mənim günahımdır. Çətin bir həftə sonu idi – təkcə mənim üçün deyil, həm də işlərini artırdığım mexaniklər üçün. Mən üzr istəyirəm və maşınımı trasa qaytarmaq üçün etdikləri hər şeyi həqiqətən yüksək qiymətləndirirəm.

Əvvəllər Mayami trasında olmamışam. Formula1 bolidinin sükanı arxasında fırlanaraq “ponçik bişirmək” sadəcə əladır. Formula1-in ABŞ-da populyarlığının artması çox gözəldir. Orada maraqlı tras var və mən yarışı səbirsizliklə gözləyirəm. Adətən hava çox isti olur, ona görə də bizi kifayət qədər çətin yarış gözləyir. Həftə sonu irəlilədikcə mən də addım-addım irəliləyəcəyəm.

Simulyator üzərində işlədikdən sonra bilirəm ki, trasda bəzi çətin hissələr var. Məsələn, körpünün altı, trasın çox yavaş və dolama hissəsi müasir Formula1 maşınları üçün olduqca əlverişsizdir, çünki onlar bunun üçün çox genişdirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*