F-1.az xatırladır ki, niderlandlı sürücü bu il AlphaTauri komandası ilə Formula1-də debüt edəcək. O da yerlisi Ferstappen kimi Red Bull-a aid pilot olacaq.
Nik de Friz: “Maks və mən uzun illərdir ki, bir-birimizi tanıyırıq. Bir yerdə az yarışsaq da, kartinq vaxtlarında mübarizə apardıq. Formula1-də isə ilk dəfə keçən il Montsada yarışdıq və yarışın startında yan-yana idik. Bu inanılmaz idi.
Münasibətimiz yaxşıdır. İkimizin də atası karyeramızda aktiv rol oynayıblar. Bir-birimizə hörmət edirik. Mən yaşda böyük olsam da, Maksı böyük qardaşım kimi görürəm. Çox təcrübəsi var”.