F-1.az xatırladır ki, niderlandlı sürücü bu il Formula1-də ilk tam mövsümünü keçirəcək. O, 2019-cu ildə Formula2-də, 2021-ci ildə isə Formula E-də Dünya Çempionu olmuşdu.
Nik de Friz: “Keçmiş haqda çox düşünməyi sevmirəm. Əlbəttə, Formula E-dəki çempionluq Formula1-ə getdiyim yolda vacib idi, amma mən gələcəyə baxıram. Uğurlarıma görə minnətdaram. İndi məni daha böyük çətinliklər gözləyir və Formula1-ə keçdiyim üçün xoşbəxtəm”.