F-1.az xatırladır ki, niderlandlı sürücü bu il İtaliya komandası olan AlphaTauri ilə idmanda ilk tam mövsümünü keçirəcək.
Nik de Friz: “Kartinq İtaliyada çox inkişaf edib, çünki bir çox kart istehsalçıları burada yerləşir. Nəticədə beynəlxalq səviyyədə kartinqlə məşğul olmağa başlayanda İtaliyadakı yarışlarda çox vaxt keçirdim. Yekunda italyan dilini də öyrəndim. AlphaTauri-yə keçid isə mənim biliklərimi təkmilləşdirməyə kömək etdi”.