N.de Friz hər şeyin fərqindədir

AlphaTauri komandasının sürücüsü Nik de Friz yaşayacağı çətinliklərin fərqindədir.

F-1.az xatırladır ki, niderlandlı sürücü daha əvvəl Renault World Series, GP3, F2 və Formula E-də yarışıb. Bu il isə Formula1-də ilk tam mövsümünü keçirəcək.

Nik de Friz: “İşə bağlılıq, qərarlılıq və mükəmməl olmaq istəmək ən güclü tərəflərimdir. Bundan başqa qərarlılıq mənim üçün bir az tələ kimidir. Çox qərarlı olsanız, özünüzü itirərsiniz. Çox şey istədiyiniz üçün sezgiləriniz, istedadınız və hissləriniz paralic olar. Yarışda hisslər və sezgilər çox vacibdir.

Əgər boliddə oturmusunuzsa, fikirləriniz daha sərbəst olmalıdır. Əgər çox düşünsəniz, bu hisslərinizi paralic edər və performansınız zəifləyər. Fərqli sektordakı uğurlu adamlar həmişə detallara fikir verirlər. Buna görə də balans vacibdir.

Uğur qazanmaq üçün özünüzə qarşı tələbkar olmalı və hər sahədə əlinizdən gələni etməlisiniz. Lakin bunu çox etsəniz, bu sizin əleyhinizə işləyər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*