F-1.az xatırladır ki, niderlandlı sürücü 2021-ci ildə Formula E-də Dünya Çempionu olmuş və 2022-ci ilin İtaliya yarışında Williams komandasında xəstələnmiş Aleks Elbonu əvəzləmişdi. Nik o yarışda ilk dəfə Formula1-də debüt etsə də, xal qazanmış və diqqətləri üzərinə cəmləmişdi.
Belə olan halda Red Bull-un kiçik qardaşı olan AlphaTauri komandası onu Pyer Qaslinin əvəzinə komandaya gətirmişdi.
Amma 28 yaşlı pilot gözləntiləri qarşılaya bilməyib. O komandaya lider kimi gətirilsə də, əksər hallarda komanda yoldaşı Yuki Tsunodadan geridə qalıb. Nik hazırda Sarcentlə birgə xal ala bilməyən iki sürücüdən biridir və turnir cədvəlinin zirzəmisindədir.
AlphaTauri komandasına yaxın olan mənbələr bildirib ki, tərəflər arasındakı müqavilə tezliklə ləğv ediləcək. Beləliklə Britaniya yarışı Nik üçün sonuncu yarış olub.
Niderlandlı sürücünü isə Daniel Rikkardonun əvəzləyəcəyi deyilir. Beləliklə, Daniel 2013-cü ildən sonra Faentsa mərkəzli komandaya qayıdacaq.