F-1.az xatırladır ki, əvvəlcə Renault Marçin Budkovskini, daha sonra isə Ferrari Loran Mekisi FİA-dan transfer etmişdi.
Nik Çester: “FİA komandalar tərəfindən hansı sualların soruşulacağını bilir. Amma çox vaxt sualın arxasındakı mənanı bilmirlər. Orada işləyənlər dizaynla bağlı bütün detalları bilmirlər. Hamı elə bilir ki, FİA-da işləyənlər bolidlər barədə hər şeydən xəbərdardırlar. Amma bilmirlər. Çünki hər şeyi ətraflı görə bilmirlər. Buna görə də bir il gözləmək bəsdir”.