Mumm brendi Formula1-dən gedir

Formula1 çempionatını 15 il ərzində podiumda mükafatlandırma mərasimi üçün nəzərdə tutulan şampan şərabı ilə təchiz edən Pernod Ricard şirkəti qərara alıb ki, Mumm brendi çempionatı tərk edəcək, çünki çempionatın sahibi şirkətin təklif etdiyi 5 milyon avroluq sponsor dəstəyini kifayət qədər dəyərləndirməyib...

Mumm brendi Формуле E çempionatında qalacaq, Formula1-də isə onu Moët & Chandon brendi əvəz edəcək – bu rend 1999-cu ildən sonra çempionata qayıdır.

Pernod Ricard şirkətinin yaydığı rəsmi bəyanatda deyilir: “Biz öz keçmişimizlə fəxr edirik və son 15 ili Formula1-in rəsmi təchizatçısı rolunda keçirməkdən məmnunluq duyduq. Bu əməkdaşlığın sayəsində biz məşhurlaşdıq. Bizim məqsədimiz daim inkişaf etmək, sərhədləri genişləndirmək olduğu üçün, biz qərara aldıq ki, yeni imkanları öyrənək və Formula E çempionatı ilə əməkdaşlığa başlayaq.

Formula E tam yeni çempionat olduğu üçün bizim brendin fəlsəfi dəyərlərinə də uyğun gəlir və avtodimanın təbii inkişafıdır…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*