Mühərriklərin səsi artır?

Mercedes AMG komandasının texniki direktoru Pəddi Lou bildirib ki, hazırkı güc qurğularından çıxan səsi artırmağa çox yaxındırlar.

F-1.az xatırladır ki, V6 mühərriklər Formula1-ə gəldikdən sonra bütün F1 ictimaiyyyəti bolidlərin səsindən şikayət edir. İndiyə qədər bunun üzərində işləsələr də, həll yolu tapılmayıb. Bu il qazburaxma sistemlərində aparılan dəyişikliklərdən sonra bolidlərin səsi bir az artsa da, yenə də əvvəlki illərə nisbətən səs zəifdir.

Pəddi Lou: “Səsi bir az da artıra bilərik. Məncə, səs bir az da möhkəm çıxa bilər, amma yenə də inkişaf etmişik. Hazırda bir layihə üzərində işləyirik və bu bolidlərin səsini xeyli artıracaq.

Sistemi təkmilləşdirən Mercedes-dir, amma biz bunu elə etməliyik ki, mühərrik güc itirməsin və bu iş mümkün görünür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*