F-1.az xatırladır ki, Mercedes komandasının baş motorçusu Əndi Kouel dekabrda mühərriklərin gücünün 1000 at qüvvəsinə yaxınlaşdığını açıqlamışdı.
Leo Turrini: “Ferrari güc qurğusunu yüngülləşdirmək üçün çox işlədi. Aşağı çəki Mercedes-in üstünlüklərindən idi, amma Ferrari uğurlu iş gördü. Stenddə maksimum güc 1000 at qüvvəsinə çatıb. Aerodinamik boru məlumatları da göstərir ki, önəmli addımlar atılıb. Bunları Barselonadakı qış testlərində görəcəyik. Lakin bunun xəyalı belə gözəldir”.