F-1.az xatırladır ki, Liberty Media idmana daha gursəsli, daha ucuz və daha bəsit mühərrikləri gətirmək istəyir. Amma hazırkı istehsalçılar MGU-H ilə davam etmək istəyirlər və potensial istehsalçıların da idmana gəlmək marağı azalıb.
Ross Braun: “Yeni istehsalçıları idmana çəkmək və hazırkı komandaları qorumaq üçün yeni texniki reqlament hazırlamalıyıq. Bunun üçün isə doğru zamanı düşünməliyik. Bəs 2021-ci il bunu etmək üçün doğru zamandır? Biz elə işləməliyik ki, mövsüm ərzində yenilik sayı və müştəri komandalara eyni mühərriklərin verilməsi kimi proseslər təmin olunsun”.