Sebastyan Fettelin 2017-ci ildəki hər iki qələbəsi Ferrari SF70H-in təkərlərlə qarşılıqlı təsirinin özəllikləri sayəsində mümkün oldu. Cari mövsümdə Ferrari-nin maşını təkərlə geniş temperatur diapazonlarında bütün tərkiblərdə və istənilən yarış şəraitlərində səmərəli çalışmağa qadirdir.
Mercedes Motorsport-un başçısı Toto Volff rəqiblərin maşınını bu cür səciyyələndirdi: “İşçi pəncərə nə qədər böyükdürsə, sizin ora düşməyiniz bir o qədər asan olur, siz bir o qədər sürətlə şütüyürsünüz. O nə qədər dardırsa, oraya düşmək bir o qədər mürəkkəbdir – hazırda biz elə bunu müşahidə edirik.
Deyəsən, Ferrari-nin maşınında daha geniş temperatur pəncərəsi var və bunun qızmar Bəhreyndə, ya da soyuq Soçidə baş verməsi mühüm deyil. Bu sadəcə çox yaxşı maşındır”.
Mercedes-də təkcə onların bolidinin niyə az səmərəli olmasını araşdırmağa cəhd eləmirlər, həm də Maranellodan olan komandaya bütün tipli traslarda uğurla çıxış etməyə nəyin imkan verdiyini aydınlaşdırmağa çalışırlar.
Cavab yalnız Ferrari-nin builki şassi, asılqan sahəsində və ya aerodinamikasında gizlənməyib. Olsun ki, iş pilotların, maşınların davranışında dəyişikliklər aparmağı kokpitdə olarkən edə bilmələrindədir.
Yeni mövsüm ərəfəsində Ferrari sükan çarxındakı idarəetmələrdə nəyi isə dəyişdirdi. Dəyişiklikləri Corcio Piolanın videoçarxında (materialın sonunda) izləmək mümkündür və bu, pilotların yarışın gedişində hansı kökləmə-sazlamaları optimallaşdırmaları barəsində işarələr verə bilər.
Söhbət, sükanın sol aşağı hissəsində yerləşən dəyişdirici düymə barəsindədir. O, 12 mövqe seçməyə imkan verir və “GRİP” sözü ilə imzalanıb ki, bu da ingilis dilindən tərcümədə “asfaltla ilişmə-yapışma” deməkdir. Ehtimal etmək olar ki, düymənin təkərlə işə dəxli vardır.
Bu, 2016-cı illə müqayisədə sükandakı yeganə həqiqətən vacib dəyişiklikdir. Və dəyişdirici düymənin mövqeyi göstərir ki, bu kökləmə-sazlamalar həmişə Fettel və Rəykkönen üçün əlçatan yerdə olmalıdır.
Lakin məlum deyil, düymə funksional sükanda tamamilə yeni atributdur, yoxsa ki, köhnədir və sadəcə asan əlçatan yerə çıxarılıb və yazı ilə seçdirilib.
Sükanın əhəmiyyəti 2017-ci ildə o qədər artdı ki, məsələn, Mercedes onları maşına quraşdırana qədər qutularda gizləyir ki, kənar gözlərdən uzaq saxlaya bilsin. Daha artığı, maşın texniki yoxlanışdan keçdiyi zaman əsl sükan yox, mulyaj quraşdırılır.
Minimal detallar
“GRİP” düyməsinin nəsə yeni bir şey olmasından, ya da onun funksiyalarından əvvəllər istifadə edilməsindən asılı olmayaraq, komandanın onu seçməsi düymənin aşkar dəyərindən xəbər verir.
Sürücülərə pilotaj zamanı kömək edən mühərriyin kartoqrafiyasının, əyləclərin tarazlığının və digər şeylərin kökləmə-sazlamasını seçmək üçün çoxdandır ki, müxtəlif dəyişdirici və düymələrdən istifadə edirlər. Maşının davranışını yükləmədən əvvəlki davranışının kökləmə-sazlaması təkərlərin cari vəziyyətindən asılı olaraq daha çox kömək edə bilərdi. Burada maşının tarazlığının ön və arxa oxlar arasında yerdəyişməsi, təkərlərin temperaturu və ya yanacaqla yüksək yükləmədən aşağı yükləməyə keçmənin özəlliklərinin hesablanmasına nəzarət ola bilər.
Əlbəttə ki, bu, Ferrari-yə liderlikdə möhkəmlənməkdə kömək edən yeganə sehrli vasitə deyil. Lakin, Formula1 kimi idmanda minimal detallar çox vaxt uğurun və ya məğlubiyyətin səbəbinə çevrilir.
Digər dəyişikliklər
Piolanın videosu pilotların nəyə üstünlük vermələrindən asılı olaraq komandanın sükan düymələrinin konfiqurasiyasını necə dəyişməsini görməyə imkan verir.
Məsələn, Fettelin sükanında ötən il daha uzun və nazik yan dəstəklər var idi, 2017-ci ildə isə onları qısaltdılar və qalınlaşdırdılar. Rəykkönenin sükanında isə dəstəklərin yuxarı hissəsində kiçik dərinlik görünür ki, bu da yəqin Kimi üçün idarəetməni rahatlaşdırır.
Ferrarinin keçən ildən istifadə etdiyi ilişmə muftasının linki arxada qalıb. Ancaq indi onun gedişi cari mövsümdən qaydalarda yazılmış 80 mm-lik məsafə ilə məhdudlaşdırılıb.