Avstraliyada Mark Uebberin Formula1-də ilk qələbəsinə həsr olunmuş poçt markaları buraxılıb. İyulun 12-də o Almaniya Qran Prisində qalib gəlməklə son 27 ildə podiumun ən yüksək pilləsinə qalxmış ilk avstraliyalı olub – sonuncu dəfə Alan Cons 1981-ci ildə ABŞ Qran Prisini Las Veqasda qazanmışdı.
Markalardan birində Uebber Nürburqrinqin podiumunda əks olunub, ikincisində RB5-in sükanı arxasında, üçüncüsündə isə Uebberin yarış şlemində portreti verilib.
Hər bir markanın nominal dəyəri 55 Avstraliya sentidir…