M.Uebber: “Yenidən podiuma qalxmaq xoşdur!”

Şənbə günü sıralanma turunda Mark Uebber komanda yoldaşı Sebastyan Fettelə uduzsa da, yarışda bunun əvəzini çıxıb – finişdə avstraliyalı sürücü […]

Şənbə günü sıralanma turunda Mark Uebber komanda yoldaşı Sebastyan Fettelə uduzsa da, yarışda bunun əvəzini çıxıb – finişdə avstraliyalı sürücü üçüncü olub, bu Markın mövsümdə ikinci podiumudur…

Mark Uebber: “Yenidən podiuma qalxmaq xoşdur! Komandaların psixologiyalarının dəyişməsini izləmək maraqlıdır: keçən il biz xal toplayanda sevinirdik, indi isə bizə hər yarışda podium gərəkdir! Biz gərgin işləyirik, mexaniklər isə gecələr də çalışırlar. Sebastyan bu gün trafikə düşdü, amma biz ikimiz də finişə çata bildik və komanda üçün vacib xallar topladıq. Yarışın ikinci hissəsi mənim üçün çox uzun ooldu, maşın özünü yarışın əvvəlində olduğundan daha yaxşı aparırdı, amma pitə gedəndə artıq təkərlərdən əsər-əlamət qalmamışdı.

Biz elə əvvəldən də ikinci hissənin uzun olmasını planlaşdırmışdıq, çünki bilirdik ki, Felipe Massa ilk pit-stopunu məndən bir-iki dövrə sonra edəcək və mənim bugünkü nəticəm onun sürətindən asılı idi. Biz ondan aralanmalı idik, ona görə də ikinci hissə həlledici oldu – mən yumşaq təkərlərlə trasda qaldım, amma Felipe və Sebastyan bərk təkərlərlə trasa qayıtdılar. Mən çıxışımdan razıyam və RB5 özünü əla apardı.

Məncə, Monakoda mübarizə daha sıx olacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*