Melburna gəldikdən sonra Mark Uebber jurnalistlərlə yağış barədə danışıb, avstraliyalı sürücü hesab edir ki, yağış qarşıdakı uik-endin gedişini maraqlı edə bilər…
Mark Uebber: “Adətən Bəhreyn yarışları maraqlı alınırdı, amma bu dəfə hər şey başqa cür oldu, bir çoxlarına yarış darıxdırıcı göründü. Gəlin ümid edək ki, Melburnda vəziyyət dəyişəcək – ilin bu vaxtında hava dəyişkən olur və yağış yağa bilər. Məncə, yağış yarışı maraqlı edə bilər!
Düşünmürəm ki, artıq indidən reqlamentə dəyişikliklər barədə danışmaq olar. Biz mövsümə yeni qaydalarla başlamışıq və ilk yarışda çox şeyi öyrənmişik. Red Bull maşınları çox sürətlidir, bizim üçün mövsüm maraqlı olacaq. Belə bir vəziyyətdə vacibdir ki, mühəndis və mexaniklər pit-stopları vaxtında və yaxşı keçirsinlər, qalan şey isə maşının sürətindən asılıdır.
Məncə, yanacaqdoldurmanın qadağan olunması problem deyil. bütün maşınlar sürətlidir, komandalar arasında fərq minimaldır – bunu bütün sürücülər və azarkeşlər arzu edirdilər, uzun məsafədə balansı saxlamaq çətindir. Keçən yarışda mən 48 dövrəni Mixael Şumaher və Censon Battonun arxasında keçirdim, amma ötmə edə bilmədim. Mən hər şeyi yoxladım, amma onlar səhvə yol vermədilər.”