M.Uebber: “Ümumən, yarışdan razıyam”

Macarıstanda Mark Uebber yarışı üçüncü yerdə başa vurub, bundan sonra Mark turnir cədvəlində ikinci yerə qalxıb, onun podiumu isə mövsümdə […]

Macarıstanda Mark Uebber yarışı üçüncü yerdə başa vurub, bundan sonra Mark turnir cədvəlində ikinci yerə qalxıb, onun podiumu isə mövsümdə Red Bull-un 11-ci podiumu olub…

Mark Uebber: “Mən bu gün gözləyirdim ki, yarışda sürətli olacam, amma, düzünü desəm, elə əvvəldən bilirdik ki, McLaren və Ferrari ilə mübarizə aparmalı olacayıq. Biz bilirdik ki, bu trasda bizə çətin olacaq və Red Bull əvvəlki iki yarışda olduğu üstünlüyü burda göstərə bilməyəcək, ona görə də, ümumən, bugünkü nəticədən razıyam.

Məncə, mənim Kimi Rəykkönenlə mübarizə şansım daha yüksək ola bilərdi, əgər biz pit-stopu uğurlu keçirsəydik və ikinci hissəyə digər təkər tərkibini seçsəydik, amma bu mənim seçimim idi. Biz ikinci hissəni uzun planlaşdırmışdıq və düzgün təkər seçimi etmək çox çətin idi. Amma son nəticə pozitivdir: biz çempionatda mübarizəni davam etdiririk və bilirik ki, bizim maşınımız müxtəlif traslarda rəqbətədavamlıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*