Mark Uebber ənənəvi olaraq birillik müqavilələr bağlayır, ona görə də mütəmadi olaraq mətbuatda şayiələr yayılır ki, təcrübəli avstraliyalı sürücü Formula1-dən gedə bilər. Bu dəfə Mark dözümlülük yarışlarında çıxış etməsi üçün Porsche şirkəti ilə apardığı danışıqlar barədə şayiələri təkzib etməli olub…
Mark Uebber: “Avtoidmanla maraqlanan hər bir şəxs kimi nə də bilirəm ki, Porsche gələn il prototiplərin yarışlarına qayıdır və gələn Lə Man seriyasında çıxış edəcək. Bu, maarqlı layihədir və düzümlülük yarışları üçün fantastik xəbərdir.
Əlbəttə, mətbuatın mənim adımı müxtəlif yarışlara, seriyalara calanması başadüşüləndir, amma hazırda mən 2013-cü il mövsümündən və Melburmda ilk yarışdan başqa heç nə barədə düşünmürəm. Bu yanaşmanı mən bütün karyeram boyu hər bir mövsümün əvvəlində tətbiq etmişəm. Əminəm ki, gələcəkdə də bu cür edəcəm, mənim gələcəyim isə öz-özünə həll olunacaq…”