Monrealda podium qazanmış sürücülər arasında Red Bull komandasının sürücüləri olmayıblar. Rəqiblərindən fərqli taktika seçmiş Sebastyan Fettel və Mark Uebber finişdə podiumun bir addımlığında dayanıblar, avstraliyalı sürücü isə öz komanda yoldaşına azca uduzub…
Mark Uebber: “Biz bilirdik ki, vəziyyət çətin olacaq. Təkərlər həlledici rol oynadılar, amma bizim strategiyanı nəzərə alsaq, biz maksimum xal topladıq. Komanda bizi Sebastyanla ayırdı – o yarışın ortasında yumşaq təkərlərə keçdi, mən isə yumşaq təkərlərlə finişi keçdim.
Qarışıq hisslər yaşadım. Səhər ötürmələr qutusunu dəyişdiyimiz üçün cərimə almışdım, yarışa yeddinci eyrdən başlamalı oldum, amma elə ilk dövrələrdə vacib mövqelər qazandım, uzun müddət yarışa liderlik etdim. Amma ilk dövrələrdəki aktivliyim təkərləri tez sıradan çıxartdı və pitə gözlədiyimdən tez müraciət etdim.
Strategiya? Mən bilirdim ki, bizim sürətlərimiz yaxındır, Lyuislə intervala nəzarət edirdim, dövrələri stabil tempdə keçirdim, amma bərk təkərlər də bu gün tez yeyilirdi, sonda sürətim çox aşağı düşdü və Lyuis məni keçdi.
Mən bilirdim ki, Lyuisin arxasında sıx qrup var, ona görə də pit-dən sonra trasa beşinci qayıtdım. Ümid edirdim ki, təzə təkərlərlə hücume də biləcəm – bu gün çox istəyirdim ki, podiumda şampaniçim, amma alınmadı…”