Mark Uebber hesab edir ki, sıralanma turunun sön dövrəsində vaxt itirib, buna səbəb Stowe döngəsində trasın trayektoriyasından çıxması səbəb olub, çünki bu zaman Kİmi Rəykkönen daha yavaş sürətlə boksa qayıdırdı…
Mark Uebber: “Mən istəyərdim ki, sonuncu sessiyada mənim ikinci cəhdim trafiksiz ötüşsün. Mən bilmirəm ki, Kimi nə işlə məşğul idi, araq içirdi, yoxsa xəyallara dalmışdı, o sağ tərəfə çəkilmək əvəzinə yarış trayektoriyasını tutmuşdu. Bu mənim Stowe döngəsində ritmimi pozdu və mən vaxt itirdim.”