M.Uebber istefasının mümkünlüyündən danışıb

Şayiələr gəzir ki, bu ilin sonunda Mark Uebber Formula1 karyerasını başa vuracaq – avqustun 27-də avstraliyalı sürücünün 37 yaşı tamam […]

Şayiələr gəzir ki, bu ilin sonunda Mark Uebber Formula1 karyerasını başa vuracaq – avqustun 27-də avstraliyalı sürücünün 37 yaşı tamam olacaq və deyilənlərə görə, 2014-cü ildə onu Red Bull-un gənc sürücülər proqramının iştirakçılarından biri əvəz edəcək.

Mark başa düşür ki, karyerası başa çatmaq üzrədir, amma GP İnternational jurnalına müsahibəsində bildirib ki, qərar qəbul etmək asan olmayacaq…

Mark Uebber: “Zaman seçimi çox vacibdir. Hələ bu an yetişməyib, amma bilirəm ki, bu asan olmayacaq.

İstefa qərarı erkən qəbul edilməməlidir, yəni nə qədər hiss edirsiniz ki, hələ nəyisə sübut edə bilərsiniz, onda bu anı təxirə salmaq olar, əgər siz kifayət qədər sürətli olmasanız və ya əvvəllər özü-özünə həll olunan məsələlərdə problemlər yaşansa, deməli, həmin an yetişib.

Yaşa dolduqca müdriklik artır, gözüaçıqlıq, fərasətlilik isə azalır. Başa düşmək lazımdır ki, bir vaxt siz liderlərlə bərabər səviyyədə mübarizə aparmaq üçün kifayət qədər rəqabətədavamlı olmayacaqsınız. Məhz onda dayanmaq lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*