M.Uebber: “Fettel layiqli qələbə qazandı”

Malayziya yarışının taleyi birinci döngədə həll olunub – üçüncü yerdən start alan Sebastyan Fettel Niko Rosberqi və poul qazanmış Mark […]

Malayziya yarışının taleyi birinci döngədə həll olunub – üçüncü yerdən start alan Sebastyan Fettel Niko Rosberqi və poul qazanmış Mark Uebebri qabaqlayıb. Avstraliyalı sürücü finiş xəttini ikinci keçib və Red Bull-a mövsümün ilk qələbə dublunu qazandırıb, son dövrələrdə isə Mark sürətli dövrəyə də imza atıb…

Mark Uebber: “Bugünkü strategiyaları nəzərə alsaq, yarışın ilk hissəsini yaxşı keçirmək çox vacibdir. Startda yerindən yaxşı tərpənə bilmədim, təkərlər yerində fırlandı, Sebastyan bundan istifadə edib maşının arxasındakı hava boşluğuna düşə bildi. Mən bilmirdim ki, Niko hardadır, hansı trayektoriyanı seçim, əyləci basdım, sonra güzgüyə baxdım, elə bu an Seb yanımdan keçdi, amma biz dördüncü döbgəyə qədər mübarizə apardıq.

Startdan əvvəl biz Kristian Hornerlər danışmışdıq, o xahiş etdi ki, özümüzü rahat hiss edək. Biz belə də etdik. Bizim komandada idman əhval-ruhiyyəsi var və bir-birimizi yaxşı başa düşürük – mübarizə maarqlı alındı, amma bu gün Fettel layiqli qələbə qazandı.

Finişdə qələbə dublu əla nəticədir. Mövsümün ilk iki yarışı bizim üçün çətin oldu, biz layiq olduğumuz nəticələri göstərə bilmirdik, amma bu uik-end əla keçdi!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*