M.Uebber: “Bu gün biz kifayət qədər sürətli deyildik”

Sıralanma turundan sonra ilk cərgəni tutan Red Bull sürücüləri yarışda da dubla ümid edirdilər, amma elə startdaca Fernando Alonso falstarta […]

Sıralanma turundan sonra ilk cərgəni tutan Red Bull sürücüləri yarışda da dubla ümid edirdilər, amma elə startdaca Fernando Alonso falstarta yol verərək “öküzlərin” hər iki maşınını qabaqlayıb – komandadaxili mübarizədə də Mark Uebber gənc komanda yoldaşı Sebastyan Fetteli keçib. Lakin yarışın gedişi avstraliyalı sürücü üçün uğursuz olub və finişdə o səkkizinci olub…

Mark Uebber: “Çətin yarış olduq, biz də məğlub olduq. Hər şey sadədir: biz kifayət qədər sürətli deyildik. şərait daim dəyişirdi, amma hamı yeni şəraitdə idi. Belə vəziyyətdə bizim maşın özünü çox əsəbi aparır. Maraqlı Qran Pri oldu. Biz bilirik ki, belə vəziyyətlərdə hansı sahələrdə uduzuruq və bunun üzərində işləməliyik. İkinci keçid təkərlər dəsti yaxşı işləyirdi, mən 12-ci yerdən yeddinci yerə yüksələ bildim, amma finişə yaxış təkərlər tam yeyilmişdi və maşına sürət çatmırdı, ona görə də bir mövqeni itirdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*