Müasir F1 cəsarət tələb etmir

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, müasir F1 cəsarət tələb etmir.

F-1.az xatırladır ki, atasını 1982-ci ilin Belçika Qran Prisində itirmiş Jak 96-cı ildə Formula1-də debüt etmiş və 97-ci ildə yeganə titulunu qazanmışdı.

Jak Vilnöv: “Mənim dövrüm daha yaxşı idi. Çünki hələ də cəsarət tələb edirdi. Amma insan faktoru əsas idi. Bolidə oturanda öləcəyinizi düşünmürdünüz və güvənli idi. Ancaq indiki kimi deyildi.

Hazırda sürücülər şahmat fiquru kimidirlər və necə istəsələr, elə də hərəkət etdirirlər. Bu, qəribədir. Buna görə də istedadlı sürücülər azdır. Özünü isbatlamış sürücülər gənc sürücülərə görə komandasız qalırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*