M.T.Provera komandaların ümidlərini doğrultmağa ümid edir

Bu gün Milanda Pirelli şirkətinin yeni Formula1 mövsümü üçün hazırladığı təkərlərin təqdimat mərasimi baş tutub. Pirelli-nin prezidenti Marko Tronketti Provera […]

Bu gün Milanda Pirelli şirkətinin yeni Formula1 mövsümü üçün hazırladığı təkərlərin təqdimat mərasimi baş tutub. Pirelli-nin prezidenti Marko Tronketti Provera çempionatda daha maraqlı mübarizə gözləyən komandaların ümidlərini doğrultamağa ümid edir…

Marko Tronketti Provera: “Bizdən daha sürətli təkər düzəltməyi xahiş etdilər, amma bu təkərin davranışını proqnozlaşdırmaq asan deyil. Təkərlərlə bağlı qeyri-müəyyən vəziyyət üzündən komandalar daha düzgün sazlanmalar tapmalı, sürücülər isə təkərlərlə daha “nəzakətli” davranmalı olacaqlar.

Keçən il ilk beş və ya altı yarışda sürücülər təkərlərin davranışını tam başa düşə bilmirdilər, amma mövsümün sonunda bu məsələdən yaxşı baş çıxarırdılar. Komandalar bizdən yenilik istədilər, çünki, əks halda, sürücülər bütün yarış məsafəsini bir dəst təkərlə də başa vura bilərdilər. Komandalar bizdən məhz proqnozlaşdırıla bilməyən təkərlər istədilər.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*