BMW Motorsport-un başçısı Mario Tayssen bu gün jurnalistlərə bildirib ki, komanda KERS-dən tam məqsədyönlü şəkildə istifadə etməyə hazırdır, lakin mövsümün ilk yarışlarındanmı bunu edəcəklərini hələ də müəəyənləşdirməyiblər…
Mario Tayssen: “Bizi hazırladğımız KERS yarışlara tam hazırdır, biz ondan artıq Melburnda istifadə edə bilərik, indi bütün lehinə və əleyhinə maddələrə baxıb, ölçüb biçməliyik və son qərarı qəbul etməliyik.
Lehinə – sistem motorun gücünü 6.6 saniyə müddətinə 82 at qüvvəsi artırır, elyhinə – onun kütləsi şassinin çəki paylanmasına və təkərlərin tez yeyilməsinə təsir edir. Biz hər bir avtodrom üçün, hər bir sürücü üçün individual seçim edəcəyik.
KERS-in Formula1-də debütü komanda üçün böyük çağırışdır və biz bu çağırışı qəbul etmişik. Arxaya baxdıqda, qısamüddətdə gördüyümüz işi qiymətləndirdikdə, başa düşürəm ki, biz nə qədər böyük iş görmüşük.”