M.Şumaxerin Ferrari F300-ü hərracdan satılıb (video)

Dünən ABŞ-ın Arizona ştatında hər il təşkil olunan Barrett-Jackson hərracında Ferrari F300 maşını satılıb – məhz bu maşının sükanı arxasında […]

Dünən ABŞ-ın Arizona ştatında hər il təşkil olunan Barrett-Jackson hərracında Ferrari F300 maşını satılıb – məhz bu maşının sükanı arxasında 1998-ci ildə Mixael Şumaxer çıxıb edib.

Maşının üzərindəki sənədlərdən aydın olur ki, 183 nömrəli şassi həmin mövsümdə Maranelloda hazırlanmış 9 şassidən biridir və ondan testlərdə intensiv istifadə olunub, Şumaxer bu şassinin sükanı arxasında 38 dəfə oturub. Maşın tam saz vəziyyətdədir, işçi həcmi 2997 kub santimetr, gücü 805 at qüvvəsi olan Tipo 047 motoru ilə təchiz edilib.

Maşın satışa çıxarılmazdan öncə motor işə salınıb, klassik V10 motorun səsi toplaşanları valeh edib – zalı alqışlar bürüyüb, bu alqışları həm də Qrenobl hospitalında müalicə alan yeddiqat dünya çempionuna dəstək kimi də qiymətləndirmək olar.

Yekunda adını bildirməyən alıcı tarixi maşına görə 1.7 milyon dollar ödəyib. Çox güman ki, maşın hansısa şeyxin kolleksiyasını bəzəyəcək…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*