M.Şumaxer fəlakət qurbanlarına yardım edib

Mayın sonunda Mərkəzi Avropanın bir çox ölkələrində daşqınlar baş verib, Almaniyanın bəzi əyalətləri hələ də Elba çayının suları altındadır. Mixael […]

Mayın sonunda Mərkəzi Avropanın bir çox ölkələrində daşqınlar baş verib, Almaniyanın bəzi əyalətləri hələ də Elba çayının suları altındadır.

Mixael Şumaxer bu fəlakətdən əziyyət çəkənlərə öz köməyini əsirgəməyib – yeddiqat dünya çempionu yarım milyon Avrosunu yardım fonduna köçürüb.

Mixael birinci dəfə deyil ki, bu cür yardımlara əl atır. 2002-ci ildə daşqınların qurbanlarına bir milyon Avro, 2004-cü ildə Asiyanın cənub-şərqindəki sunaminin qurbanlarına 10 milyon Avro vəsait ayrımışdı.

Bu dəfə almaniyalı sürücü hərraca Mercedes AMG komandasında geyindiyi kombinezonlarından birini çıxarıb və əvvəlcədən söyləyib ki, məbləği öz hesabına 10 dəfə artıracaq…

Mixael Almaniyanın Bild qəzetinə bildirib ki, “vəd etdiyim kimi, Korinna ilə birlikdə 500 min Avronu yardım fonduna köçürdüm, əlbəttə, başa düşürük ki, bu məbləğ yardım okeanında bir damladır, amma biz də həmrəylik bildirməklə bu yardımda iştirak etmək istədik…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*