Keçən il dekabrın 29-da Meribel dağ-xizək kurortunda baş verən insident zamanı Mixael Şumaher öz talismanını itiribmiş – “Şamballa” adlı Tibet qolbağısını Mixaelə həyat yoldaşı Korinna bağışlayıbmış. Hesab edilir ki, bu qolbağı sahibinə energi və ruh sakitliyi bəxş edir.
Şumaxeri Qrenobl hospitalına gətirəndə talisman artıq qolunda yox idi. Korinna talismanı ciddi axtarsa da, tapa bilməmişdi. Amma dağ trasının səliqəliyinə fikir verən işçilər talismanı bu günlərdə tapıblar. Fransada dərc olunan L’Equipe qəzeti yazır ki, talisman yeddiqat dünya çempionunun ailəsinə təhvil verilib…