M.Şumaher yenidən F2007-nin sükanı arxasına oturacaq

Mixael Şumaher Mücelloda köhnə F2007-nin sükanı arxasında daha bir ikigünlük testlər keçirəcək, maşını yeddiqat dünya çempionuna Ferrari-nin Corsa Clienti bölməsi […]

Mixael Şumaher Mücelloda köhnə F2007-nin sükanı arxasında daha bir ikigünlük testlər keçirəcək, maşını yeddiqat dünya çempionuna Ferrari-nin Corsa Clienti bölməsi təqdim edəcək. Williams, Red Bull Racing və Toro Rosso komandaları Ferrari-yə Şumaherin F60-ı test etməsinə icazə vermədikləri üçün, alman sürücü Formula1-ə qayıtmasına hazırlığı müstəqil davam etdirməyi qərara alıb.

Keçən həftə Şumaher Mücelloda artıq F2007-ni yoxlamışdı və yenidən Corsa Clienti-yə müraciət edib – sabahdan onun ixtiyarında GP2 yarışlarında istifadə olunan sliklər də olacaq. Britaniyanın Autosport saytının məlumatına görə, Şumaher bu testlərin haqqını özü ödəyir və maşına komandanın personalı deyil, Corsa Clienti-nin əməkdaşları qulluq edirlər.

Mixael Avro Qran Prisinin startına intensiv hazırlaşır, optimal forma yığmağa hazırlaşır: kartinq sürür, ağır məşqlər keçirir və dözümlülüyü artırır. Bütün prosesləri həkimlər izləyirlər – yeddiqat dünya çempionu yalnız onların rəyindən sonra trasa qayıtmaq qəararını qəbul edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*