Mercedes GP komandasının sürücüləri Mixael Şumaher və Niko Rosberq bu gün Cenevrə avtosalonunda Formula1-in yeni Təhlükəsizlik Maşınını (TM) təqdim ediblər. Mercedes-Benz SLS AMG 2008-ci ildən istifadə olunan SL63 AMG modelini əvəz edəcək. Avtosalonun podiumuna maşını Niko Rosberq çıxarıb, SLS-in reklam kampaniyasnda iştirak etmiş Mixael Şumaher isə jurnalistlərə bildirib ki, belə bir maşını artıq özü üçün sifariş edib.
Əvvəllər olduğu kimi TM-in sükanı arxasında almaniyalı Bernd Maylander oturacaq, britaniyalı Pit Tibbets isə ehtiyat sürücü olacaq. çempionatın tibb maşını isə C63 AMG qalacaq – pit-leyndən çıxışda cənubi afrikalı Alan van der Merve FİA-nın həkimi Qəri Harşteynlə növbə çəkəcək.
Texniki xarakteristikasına görə yeni SLS AMG şətin işin öhdəsindən asanlıqla gəlməlidir – 6.3 litrlik V8 motoru 100 km/saat sürəti cəmi 3.8 saniyəyə yığır və dövrə ərzində yüksək sürətini saxlayır ki, Formula1 maşınlarının təkərləri soyumasın və motorları qızmasın.
AMG 1996-cı ildən Formula1-i TM və tibb maşınları ilə təchiz edir…