Hazırda Mixael Şumaher ailəsi ilə birlikdə Fransanın dağ-xizək kurortu Kurşevildə dincəlir. Dünən isə yeddiqat dünya çempionun ailəsinin əhatəsində 41 yaşını qeyd edib. 2010-cu ildə alman sürücünü ciddi sınaq gözləyir – avtoidman karyerasında ən ciddi sınaq: üçillik fasilədən sonra yenidən Formula1 maşınının sükanı araxasında oturmaq.
Hərçənd, alman sürücü əmin edib ki, son üç ildə o əla dincəlib və yeni qəhrəmanlıqlara hazırdır, ona görə bu gün biz də Mixaelə ünvanlanmış çoxsaylı təbriklərə qoşuluruq…
Şumaherin keçmiş fizioterapevti Balbir Sinqx isə Almaniyanın Bild qəzetinə müsahibəsində bildirib ki, “fiziki və psixiki cəhətdən Mixael Formula1-in müasir sürücülərindən daha yaxşı hazırdır, baxmayaraq ki, Mixael onlardan 10 yaş böyükdür, amma yaşın mətləbə heç dəxli yoxdur…”