Hazrıda Finlandiyanın MTV3 telekanalının şərhçisi olan keçmiş Formula1 sürücüsü Mika Salo bu günlərdə xoş təəccüb yaşayıb – Maranellodan ona zəng edərək əvvəlki sürücü vərdişlərini yada salmasını təklif ediblər.
Mika Salo: “Düşünmürəm ki, kimsə Formula1 maşınının sükanı arxasına oturmaqdan imtina edər, xüsusən də Ferrari maşınının. Hər halda mən belə bir insan tanımıram.”
Məlum olub ki, Mikaya Avstraliya Qran Prisindən sonra Ferrari-nin Suzukada yarış günlərində iştirak etmək təklif olunub…
Mika Salo: “Deyirlər ki, mən məxsusi olaraq reklam çəkilişləri üçün hazırlanmış keçənilki maşının sükanı arxasına oturacam. Hər halda, mən indiki maşınları on il əvvəlki maşınlarla müqayisə edə biləcəm.”