Hazırda Finlandiyanın MTV3 telekanalında şərhçi olan keçmiş Formula1 sürücüsü Mika Salo ümid edir ki, 2013-cü il mövsümündə qələbə onun həmyerlisi Kimi Rəykkönenə qismət olacaq.
Mikanın istəyir ki, mövsümün sonunda ilk üçlük aşağıdakı kimi olsun:
1. Kimi Rəykkönen
Mika Salo: “Mən istərdim ki, Kimi çempion olsun. Keçən il o əla sürət göstərdi, bu il onun maşını yenə də sürətlidir.”
2. Fernando Alonso
Mika Salo: “Fernando Alonsonu sevmək də olar, sevməmək də, amma faktdır ki, Alonso çox güclüdür.”
3. Sebastyan Fettel
Mika Salo: “Çox güman ki, Fettel yenə də çempionatda qələbə qazanacaq, amma mən istərdim ki, bu il başqa qalib görək. Əlbəttə, Fettelin üçillik hökmranlığından sonra başqa bir sürücünün uğur qazanması əla olardı.”
Maraqlıdır ki, Mikanın proqnozu keçənilki Abu Dabi Qran Prisinin nəticələri ilə tam uyğun gəlir: Rəykkönen qələbə qazanmışdı, Alonso ikinci olmuşdu, Fettel isə pit-leyndən start alsa da, finiş xəttini üçüncü keçmişdi.
Mika Salo hesab edir ki, mövsümün əvvəlində Valtteri Bottasdan parlaq çıxış gözləmək lazım deyil: “Çempionatın ilk Avropa yarışına qədər Bottas Williams FW35-ə öyrəşəcək. Amma mərc gəlməyə ahzıram ki, mövsümün ikinci yarısında Valtteri podiumlar uğrunda mübarizə aparacaq.”