M.Salo: “Heykki hələ qayıda bilər”

Bu il Caterham komandası təcrübəli Heykki Kovalaynen və Vitaliy Petrovdan imtina edərək heyətini tamamilə yeniləyib. Onları keçənilki və builki debütantlar […]

Bu il Caterham komandası təcrübəli Heykki Kovalaynen və Vitaliy Petrovdan imtina edərək heyətini tamamilə yeniləyib. Onları keçənilki və builki debütantlar Şarl Pik və Xido van der Xarde əvəz ediblər.

Xido ilə müqavilə iki gün əvvəl təsdiq olunub, bundan sonra Petrov öz azarkeşlərinə bəyanatla müraciət edib, amma Kovalaynendən rəsmi heç bir şərh hələ də yoxdur. Finlandiyada Formula1 yayımı ilə məşğul olan MTV3 telekanalı öz eksperti Mika Saloya sual verib ki, baş verənlər Heykkinin karyerasının başa çatmasını göstərir?

Miksa Salo: “Mən belə düşünmürəm. Güman edirəm ki, Heykki hələ qayıda bilər. Son illər paddokda çoxlu gənc sürücülər peyda olublar, amma onların “mahnısı” çox qısa olur, xüsusən də mövsümdə çoxlu səhvə yol versələr. Onda komandalar daha təcrübəli sürücülər axtarmağa başlayırlar.

Heykki Caterham-lə uzun müddət danışıqlar apardı, amma komanda van der Xardeni götürməklə seçimini ustalığın deyil, pulun xeyrinə etdi.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*