FİA-nın tenderində qalib gəlmiş müstəqil motor təchizatçısı Cosworth şirkəti Jordan komandasının keçmiş marketinq direktoru Mark Qallaxeri işə dəvət edib. Yeni işindən ötrü Mark A1GP seriyasında keçən il birincilik qazanmış İrlandiya komandasının rəhbərliyindəki vəzifəsini tərk etsə də, komandanın səhmdarlarımdam biri olaraq qalacaq…
Mark Qallaxer: “Son dörd il pozitiv və faydalı olub, biz məqsədimizə çatdıq, İrlandiya komandası çempion oldu və mən bizim tərəfdaşlarımıza və sürücülərimizə minnətdarlıq etmək istəyirəm. Mən Cosworth-un təklifini qəbul etmişəm, Formula1-ə qayıtmaq ciddi və maraqlı çağırış olacaq və mən onu qəbul etməyə hazıram.”