McLaren komandasının 2013-cü il test proqramını Çenson Batton açacaq. GPUpdate xəbər verir ki, Xeres testlərində fevralın 5-də məhz Batton yeni maşını trasa çıxaracaq.
Hollandiya saytının məlumatına görə, Battonu fevralın 6-da Serxio Peres əvəz edəcək. Sonrakı iki gün də eyni qaydada növbələşəcək.
Biz artıq xəbər vermişdik ki, komanda yeni maşınını yanvarın 31-də Uokinqdəki bazasında təqdim edəcək…