Mövsümün təqvimi gələn həftə təsdiq oluna bilər

Formula1 2013-cü ilə iki həlledici sənəd olmadan başlayıb – Yeni Razılıq Müqaviləsi və təsdiq olunmuş təqvim. Razılıq Müqaviləsi üzrə danışıqlar […]

Formula1 2013-cü ilə iki həlledici sənəd olmadan başlayıb – Yeni Razılıq Müqaviləsi və təsdiq olunmuş təqvim. Razılıq Müqaviləsi üzrə danışıqlar hələ də davam edir və yaxın zamanda bütün tərəflər tərəfindən imzalanması gözlənilmir, amma təqvim məsələsini maksimum tez bir zamanda həll etmək lazımdır.

2013-cü ildə keçiriləcək Qran Prilərinin tarixlərini FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası hələ keçən ilin dekabrında təsdiq edib, amma iki məsələ həll olunmamış qalıb: mərhələlərin sayı və iyulun 21-də keçirilməsi planalaşdırılan Qran Pri – debütü gözlənilən Nyu Cersi Qran Prisi 2014-cü ilə keçirilib.

2012-ci ildə Fransa Qran Prisinin təqvimə qayıtması məsələsi bir neçə dəfə müzakirə olunsa da, maliyyə məsələlərini həll etmək mümkün olmayıb. Avstriya Qran Prisi barədə də şayiələr gəzirdi, amma, deyəsən, yalnız bir namizəd qalıb – Türkiyə Qran Prisi, hərçənd, İstanbul Park avtodromunun sahiblərinin ciddi maliyyə problemləri var.

Berni Ekklstoun jurnalistlərə bildirib ki, təqvimin son versiyası gələn həftə dərc olunacaq…

Berni Ekklstoun: “Hazırda mən Türkiyə barədə və çempionatın İstanbula qayıtması barədə düşünürəm, amma çox güman ki, bu il biz yalnız 19 Qran Pri keçirəcəyik və bu, Formula1 üçün problem olmayacaq. Yəqin ki, gələn həftə biz qəti qərara gələcəyik.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*