Mövsümün son sprintini Louson qazanıb

Əbu Dabidə ikiaylıq fasilədən sonra Formula2 çempionatının sürücüləri bir araya gəliblər - çempionatın qalibi məlum olsa da, mövsümün son yarışında digər yerlər və super lisenziya balları uğrunda gərgin mübarizə gözlənilir.

F-1.az xəbər verir ki, bu gün Yas Marina trasında mövsümün sonuncu qısa (sprint) yarışı baş tutub və qələbəyə Carlin komandasının sürücüsü Liam Louson sevinib.

Red Bull-un gənc yetirməsi ikinci yerdən start alsa da, yarışdan əvvəl ilk döngəyə qədər peletona başçılıq edəcəyini vəd vermişdi. Amma…

Startda ilk yerdən Riçard Fershor daha yaxşı tərpənib, Liam 2-ciliyini qorusa da, mübarizə qırmızı bayraqlarla dayandırılıb – Enzo Fittipaldi və Cehan Daruvala 3-cü döngədə böyük sürətlə trasdan çıxaraq baryerlərə çırpılıblar.

Sürücülər maşınları müstəqil tərk ediblər, amma baryerlərin bərpası zaman aparıb. Restartda isə Fershor yenə də liderliyini qoruyub.

Amma ruhdan düşməyən Liam 9-cu dövrədə Riçardın DRS məsafəsinə düşüb və 6-cı döngədə irəli çıxa bilib. Bundan sonra yenizelandiyalı sürücü rəqiblərindən uzaqlaşmağa başlayıb və finişdə üstünlüyü 8 saniyəyə çatıb.

Builki çempion Felipe Druqoviç 7-ci yerdən start alsa da, ilk döngəyə qədər iki rəqibini arxada qoyub. Restartdan sonra uzun müddət 5-ci yerdə mübarizəyə davam edən braziliyalı sürücü 17-ci dövrədə Dennis Hauqeri arxada qoya bilib. Finişə 3 dövrə qalmış Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Amori Kordili də keçərək 3-cü yerə yüksəlib. Təəssüf ki, Riçardı qabaqlamağa vaxt qalmayıb və Felipe yarışı podiumun son pilləsində başa vurub.

Bu qələbədən sonra Louson çempionatda 4-cü yerə yüksəlib və Sarcentə cəmi 4 xal uduzur. Cək Duhən isə daha 6 xal uduzur. Sabahkı yarış bu sürücülər üçün həlledici olacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*