Mövsümün son sprintini Kolapinto qazanıb

Franko Kolapinto bu gün Monzada keçirilən Formula3 sprint (qısa) yarışının qalibi olub. Onunla birlikdə Oliver Birman və Kayo Kollet podiuma qalxıblar.

F-1.az xəbər verir ki, reversiv qaydaya əsasən, Kollet yarışa pouldan başlamalı idi, lakin sıralanmadan sonra 9-cu olmuş Korrea sarı bayraqlara məhəl qoymadığı üçün cəzalandırılıb və 10 mövqe itirib. Nəticədə, Kolapinto təsnifat mərhələsində on ikinci yerə yüksəlib (müvafiq olaraq, yarışda poul mövqeyinə), Kollet isə startda ikinci yeri tutub.

Kolapinto yarışa yaxşı başlayıb və ilk döngədə Kolletə hücum etmək imkanı verməyib. Peletonun ortasında çempionatın lideri Viktor Marten Artur Leklerlə təmas yaşayıb və çınqıllığa çıxaraq peletonun sonunda mübarizəyə qayıdıb. Titul uğrunda mübarizədə 2-ci olan Ayzek Həcər isə 12-ci yerədək irəliləyib.

Trasda təmaslı mübarizələr olduğu üçün qırıntı, eləcə də çınqıl çox olub, ona görə də Təhlükəsizlik Maşını trasa çıxıb. TM trası tərk etdikdən sonra mübarizə qızışıb. Conni Edqar isə Xose Mariya Martini keçərək 3-cü yerə yüksəlib. Həcər qanadını sındırıb və yeni qanad üçün boksa yollanıb.

11-ci dövrədə Oliver Birman ilk döngədə Martini ötərək 4-cü pilləyə yüksəlib. Lesmonun çıxışında Marti trasdan kənara çıxaraq daha iki mövqe itirib.

Növbəti dövrələrdə Krouford və Birman arasında bir neçə dəfə mövqe dəyişməsi olub, yekunda Oliver öndə qala bilib. 15-ci dövrədə Kayo Kollet iki mövqe itirib – ilk döngəyə qədər onu Conni Edqar qabaqlayıb, amma onların hər ikisini Birman xarici radiusla arxada qoyub.

İki dövrə sonra Kollet Edqarı qabaqlayaraq bir mövqeni qaytarıb. Bundan sonra Edqarı Zeyn Məloni də arxada qoyub. Son dövrənin son döngəsində Birman Kolapintoya hücumu alınmayıb və argentinalı sürücü finiş xəttini öndə keçib.

Çempionatın lideri Viktor Marten 10-cu yerədək irəliləyərək bir xal qazanıb. Mövsümün son yarışı ərəfəsində onun Həcər üzərindəki üstünlüyü 6 xala çatıb. Birman isə 3-cü yerə yüksəlib – o, Martendən on üç xal geri qalır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*