Mövsümün lideri ilk poulunu qazanıb

Bu gün Melburnda gənc sürücülərin Formula3 çempionatında mövsümün ikinci mərhələsi başlayıb. Əvvəlcə sürücülər yarımsaatlıq məşq sessiyası keçiriblər. F1 məşqlərinin arasında isə mövsümün ikinci sıralanma turunda ən güclünü müəyyən ediblər.

F-1.az xəbər verir ki, proqnoz yağış vəd etdiyi üçün sessiya start alan kimi sürücülər trasa tələsiblər. İki qızdırma dövrəsindən sonra sürücülər sürətli dövrələrə başlayıblar.

Trasa birinci yollanan Xose Mariya Marti 10-cu döngədə maşına nəzarəti itirib, nəticədə 10-cu döngədə trasdan çıxaraq maşını baryerlərə çırpıb.

24 dəqiqəlik pauzadan sonra sessiyaya restart verilib – ilk cəhdlərdən sonra protokollara Zak O Sallivanı 0.012 saniyə qabaqlayan Franko Kolapinto baçılıq edib. Niderlandın istehsal etdiyi Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının gənc sürücüsü digər rəqiblərini böyük fərqlə qabaqladığı üçün poula əsas namizəd olub.

Sessiyanın sonuna 11 dəqiqə qalmış sürücülər 2-ci cəhdlərinə yollanıblar. Bu dəfə Kaylen Frederik sonuncu döngənin çıxışında qəzaya düşüb.

Qırmızı bayraqlardan sonra sessiyaya restart verilib – sürücülərin ixtiyarında 4.5 dəqiqə olub.

Əvvəlcə keçən sıralanma turunun qalibi Qabriele Mini protokolların ilk sətrinə yüksəlib, daha sonra onu Qrequar Sosi üstələyib. Sonda isə mövsümün lideri Qabriel Bortoleto ilk pouluna sevinib.

Reversiv qaydaya görə sabahkı sprint (qısa) yarışın startnda ilk cərgədə Sebastyan Montoya və Oliver Göte dayanacaqlar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*