Mövsümün ilk təkər testlərinin birinci günü başa çatıb

Mövsümün ilk təkər testlərində Alpine, Alfa Romeo və AlphaTauri komandaları iştirak ediblər

F-1.az xəbər verir ki, bu gün İmolada 2023-cü il üçün hazırlanan yeni təkərlərin prototiplərinin sınaqdan keçirilməsinin ilk günündə Pirelli proqramı üzrə eyni vaxtda üç sürücü çalışıb.

Hava isti və günəşli olub, testlər də məhsuldar alınıb – sürücülər bir gündə 363 dövrə vurublar. Esteban Okon (Alpine) – 122 dövrə, Pyer Qasli (AlphaTauri) – 121 dövrə və Quanyu Çjou (Alfa Romeo) – 120 dövrə vurublar. Pirelli tərəfindən başqa heç bir statistik məlumat verilməyib.

Testlər sabah davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*