Mövsümün ilk təkər testləri başa çatıb

Testlərin ikinci günündə Ferrari, Alfa Romeo və AlphaTauri komandaları çıxış ediblər

F-1.az xəbər verir ki, İtaliyanın İmola trasında 2023-cü il mövsümü üçün Pirelli-nin slik prototiplərinin ikigünlük testləri başa çatıb.

Çərşənbə günü təkər iştehsalçısı üç komanda ilə çalışıb: Ferrari, Alfa Romeo və AlphaTauri. Skuderiyada iş əsas pilotlar arasında bölünüb – səhər saatlarında Şarl Lekler 63 dövrə qət edib, nahar fasiləsindən sonra isə onu 51 dövrə vuran Karlos Sayns əvəzləyib. AlphaTauri-ni idarə edən Yuki Tsunoda səhər 50 dövrə, fasilədən sonra isə 53 dövrə vurub. Alfa Romeo Robert Kubica tərəfindən test olunub. Polyak səhər saatlarında 81 dövrə, günorta isə 19 dövrə qət edib.

Komandalar Pirelli-nin test proqramına uyğun işləyiblər və hansı tərkiblərin sınaqdan keçirildiyini bilməyiblər.

Pirelli mühəndisləri 2023-cü il mövsümü üçün növbəti təkər testlərini iyunun 24-də Mucelloda Ferrari ilə keçirməyi planlaşdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*