F-1.az xəbər verir ki, bir il əvvəlkindən fərqli olaraq, bu dəfə təkərlərin ölçüləri dəyişmədiyi üçün əlavə test günlərinə də ehtiyac olmayıb.
Gün çox maraqlı keçib. Bəzi sürücülər yeni komandalarının maşınlarının sükanı arxasına ilk dəfə keçiblər. Nəticələri müqayisə etmək mənasızdır – çünki hər kəs öz proqramı üzrə işləyib və heç kim ən yaxşı dövrəni vurmağa can atmayıb.
Test insidentsiz keçməyib. Alonso və Norris 13-cü döngədə trasdan çıxıblar, Şvartsman isə 16-cı döngədə yerində fırlanıb. Hülkenberqin maşınında problemlər yaranıb.
İki dəfə qırmızı bayraqlar dalğalanıb – əvvəlcə Piastrinin maşını 7-ci döngədə dayanıb, daha sonra isə trasın üzərində qırıntılar olduğu üçün belə qərar qəbul olunub.
Gün ərzində ən yaxşı nəticələrə baxdıqda, ilk üçlükdə Ferrari maşınlarını idarə edən sürücüləri görürük. Karlos Sayns protokollara başçılıq edib, onu Şarl Lekler və Robert Şvartsman izləyiblər.
Beləliklə, 2022-ci il mövsümü tam başa çatıb. Növbəti testlər gələn ilin fevral ayının sonunda Bəhreyndə olacaq – sürücülər yeni maşınları ilk dəfə sınaqdan keçirəcəklər.
Yer | N | Sürücü | Komanda | Zaman | Dövrə |
1 | 55 | Karlos Sayns | Ferrari | 1:25.245 | 65 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:25.383 | 56 |
3 | 39 | Robert Şvartsman | Ferrari | 1:25.400 | 116 |
4 | 10 | Pyer Qasli | Alpine | 1:25.689 | 130 |
5 | 1 | Maks Ferstappen | Red Bull | 1:25.845 | 76 |
6 | 23 | Aleksander Elbon | Williams | 1:25.959 | 118 |
7 | 45 | Loqan Sarcent | Williams | 1:26.063 | 82 |
8 | 41 | Nik de Friz | AlphaTauri | 1:26.111 | 151 |
9 | 18 | Ləns Stroll | Aston Martin | 1:26.263 | 70 |
10 | 36 | Lyam Louson | Red Bull | 1:26.281 | 111 |
11 | 82 | Cek Duen | Alpine | 1:26.297 | 111 |
12 | 14 | Fernando Alonso | Aston Martin | 1:26.312 | 97 |
13 | 11 | Serxio Peres | Red Bull | 1:26.333 | 88 |
14 | 28 | Oskar Piastri | McLaren | 1:26.340 | 123 |
15 | 34 | Felipe Druqoviç | Aston Martin | 1:26.595 | 106 |
16 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:26.709 | 129 |
17 | 44 | Lyuis Həmilton | Mercedes | 1:26.750 | 67 |
18 | 4 | Lando Norris | McLaren | 1:26.890 | 115 |
19 | 27 | Niko Hülkenberq | Haas | 1:27.000 | 110 |
20 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:27.123 | 135 |
21 | 51 | Pyetro Fittipaldi | Haas | 1:27.172 | 99 |
22 | 21 | Frederik Vesti | Mercedes | 1:27.216 | 124 |
23 | 63 | Corc Rassell | Mercedes | 1:27.140 | 73 |
24 | 98 | Teo Purşer | Alfa Romeo | 1:27.591 | 106 |