F-1.az xatırladır ki, Saxir trası əvvəlki illərdə mövsümöncəsi testləri qəbul etsə də, uzaqlığına görə xərcləri artırdığı üçün komandalar testlərin Barselonada keçirilməsini istəmişdilər. Auto Motor und Sport xəbər verir ki, Formula1 rəhbərliyi yüksək xərclərə görə komandalara kömək edəcək və testlər zamanı televiziya yayımları da olacaq. Kiçik komandalar logistika xərclərinin qarşılanmasından razı olsalar da, böyük komandalar kameraların qayıtmasına görə məmnun deyillər. Bunun səbəbi isə maşınların sirlərinin üzə çıxma təhlükəsidir.
Avstraliya Qran Prisinin tarixi bir həftə qabağa çəkildiyi üçün testlər də bir həftə tez keçiriləcək. İlk testlər 18-21 fevralda, ikinci testlər isə 26 fevral-1 mart tarixlərində olacaq. Səsvermə isə Macarıstanda olacaq.