F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, test günlərində yağış gözlənilmir. Əgər yağış yağmazsa, keçid və yağış təkərləri ilə test üçün ilk test seriyasının 4-cü günü tras süni sulanacaq.
Testlər hər gün yerli vaxtla səhər 09:00-da başlayacaq. Həmin vaxt trasın temperaturunun +6 dərəcədən +9 dərəcəyə qədər olacağı gözlənilir. Həftənin ilk dörd günündə havanın dəyişkən olacağı, güclü cənub-qərb küləyi əsəcəyi gözlənilir. Gün ərzində hərarət +18 dərəcəyə qədər yüksələcək. Yağıntı ehtimalı isə 10%-dir.